İşğalçı İsrail qüvvələri Qəzzaya hava zərbələri endirib

İşğalçı İsrail qüvvələri Qəzzaya hava zərbələri endirib

Sionist rejimin döyüş təyyarələri blokadada olan Qəzza zolağına hava zərbələri endirib.

Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, sionist rejim qüvvələri 2 gün və saat davam edən mühasirədən sonra Cenindən geri çəkilməyə başlayıb.

Sionist baş nazir Binyamin Netanyahu isə mövzu ilə bağlı verdiyi açıqlamada, "Cenindəki əməliyyat birdəfəlik deyil" deyib.

İşğalçı qüvvələr Cenində əsgərlərindən birinin şəhid olduğunu açıqlayıb. Cenindən geri çəkilməyə başlayan sionist rejim bu dəfə Qəzzəyə hücuma keçib.

Hücumun Qəzzadan atılan raketlərə cavab olduğu iddia edilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Xəbəri paylaş

VİDEOLAR