İşğalçı ABŞ qüvvələri Suriya neftini oğurlamağa davam edir.
Az.rasthaber.com xəbər verir ki, yüzlərlə ton oğurlanmış Suriya nefti ilə yüklənmiş ABŞ-ın yeni tanker karvanı Əl-Cəzirə yataqlarından İraq ərazisinə doğru yola düşüb.
Yaroubia kəndlərindəki yerli mənbələr, xam neftlə yüklənmiş 60 işğalçı ABŞ qüvvələrinə məxsus tankerin qruplar halında qeyri-qanuni Əl-Valid keçidini tərk edərək İraq torpaqlarındakı bazasına doğru getdiyini bildirib.
Məlumat üçün qeyd edək ki, ABŞ işğalçıları Suriyanın şimalında və şimal-şərqində, Suriyanın ən böyük neft və qaz yataqlarının yerləşdiyi Deyr əz-Zor, Həsəkə və Rakka əyalətlərinə qeyri-qanuni nəzarət edir və işğal edirlər.
2016-cı ilin dekabrında ABŞ-ın hərbi qolu kimi də fəaliyyət göstərən İŞİD terror təşkilatının Suriyada məğlubiyyətə uğraması ilə bu qrupun birbaşa yerinə gələn Amerika qüvvələri o vaxtdan etibarən İŞİD əvəzinə Suriya neftini çıxarıb oğurlamağa başlayıb.