İşğalçı ABŞ qüvvələri İraq və Suriyadakı bazalarını gücləndirir

İşğalçı ABŞ qüvvələri İraq və Suriyadakı bazalarını gücləndirir

Bəzi mənbələr İranın Ərbildəki Mossad qərargahına raket zərbəsi endirməsindən sonra Suriyadakı amerikalı işğalçıların hərbi bazalarını gücləndirdiyini bildirib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, ötən günlərdə İşğalçı İsrail rejiminin son hücumlarına cavab olaraq İran İnqilab Keşikçiləri Korpusu terrorçuların qaynar nöqtəsi olan Ərbildəki Mossad bazalarını raketlərlə hədəfə alıb.
Hücumlardan sonra ABŞ bölgədəki varlığını gücləndirmək üçün İraqdan Suriyaya gedən əl-Valid sərhəd keçid məntəqəsini keçərək, Həsəkə vilayətinin Remilan bölgəsindəki ABŞ bazalarına daxil olub.
Hərbi texnika və dəstək daşıyan 150-yə yaxın yük maşınından ibarət karvan, ABŞ-ın Remilandakı bazasına daxil olaraq, İranın Ərbildəki Mossad bazalarına raket hücumundan sonra Vaşinqton Hasaka və Deyr əz-Zor əyalətlərindəki bazalarını gücləndirməyə başlayıb.
Xatırladaq ki, ABŞ ordusu və onlarla əlaqəli terror ünsürləri, uzun müddətdir Suriyanın şimal və şərqində qeyri-qanuni yerləşərək, suriyalılara və bölgədəki qüvvələrə qarşı hərəkətə keçməklə yanaşı, ölkənin neft və taxıl ehtiyatlarını talayırlar.

Xəbəri paylaş

VİDEOLAR