İşğal olunmuş Fələstində təyyarə hissələri istehsal edən zavodda partlayış olub

İşğal olunmuş Fələstində təyyarə hissələri istehsal edən zavodda partlayış olub

Livan Hizbullahı sionist rejimə qarşı hücumlarının davamında çərşənbə günü raket hücumları ilə bu rejimin bir neçə baza və mövqelərini hədəfə alıb.

Az.rasthaber.com xəbər verir ki, sionist mənbələr bildiriblər ki, işğal olunmuş ərazilərin şimalında sionist mühacirlər məskunlaşmış Nahariya qəsəbəsində yerləşən sənaye bölgəsində təyyarə hissələri zavodunda döyüş pilotsuz təyyarəsi partlayıb.

Bəzi digər mənbələr Livan Hizbullahının hücumlarından sonra sionist rejimin sərhəd bölgələrindəki bazalarına elektrik verilişinin də kəsildiyini bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR