Ölkənin “Kan” dövlət radiostansiyası tərəfindən keçirilmiş “exit poll”un nəticələri belə qənaətə gəlməyə əsas verir.
Nəticələr seçki məntəqələrinin yerli vaxtla saat 22:00-da bağlanmasından sonra açıqlanıb.
Qeyd edilir ki, seçkilərin nəticələrindən sonra parlamentdə ikinci yeri 18 deputat mandatı ilə müxalifətçi Yair Lapidin “Eş Atid” partiyası tuta bilər.
Sorğunun nəticələrinə görə, 3-cü yerdə 9 mandatla ŞAS partiyası qərarlaşıb. Bu partiyalarla bağlı analoji məlumatları "12-ci telekanal" da təqdim edib.