İrlandiyalı deputat qərbin Fələstin barəsində ikili münasibətini pisləyib

İrlandiyalı deputat qərbin Fələstin barəsində ikili münasibətini pisləyib

İrlandiyalı deputat Riçard Boyd Berret Qərb hökumətlərini Rusiyanın Ukraynadakı oxşar hərəkətlərindən qəzəblənməsi fonunda İsrailin Fələstindəki təcavüzkar davranışlarına reaksiya vermədiklərinə görə tənqid edib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, İrlandiyalı deputat qərb dövlətlərinin "Əl-Cəzirə" əməkdaşı jurnalist Şirin Əbu Əqilənin qətlini pislədiklərinə toxunub ancaq sionist rejimin cinayətlərinin bununla məhdudlaşmadığını xatırladıb:

Ancaq daha vacib bir şey də var. İsrail müdafiə qüvvələri Fələstin ərazilərində apardıqları “əməliyyat” adı altında nələr törədirlər?”,- deyə Riçard Boyd Berret deyib.

İrlandiyalı deputat son altı həftə ərzində Qərb liderlərinin Rusiyanın Ukraynadakı müharibəsini pislədiklərinə diqqət çəkərək deyib:

"Qərb liderləri Rusiyanın Ukraynadakı “əməliyyatı”-nı xarici torpaqlarda “qəddar, əsassız və bağışlanmaz hərbi təcavüz aktı” adlandırıblar. Bəs İsrailin Fələstin ərazisindəki Cenini işğalı haqqında niyə eyni sözlər deyilmir? Onlar nə edirlər, Fələstin ərazisində “hərbi əməliyyat” keçirirlər? Onlar “hərbi əməliyyatlar” zamanı hər gün nələr edirlər?”.

Xəbəri paylaş

VİDEOLAR