İraqlı xristianlar Haşdi Şabiyə minnətdardır

İraqlı xristianlar Haşdi Şabiyə minnətdardır

Mosul kilsələrinin rəsmisi Haşdi Şabiyə təşəkkür edib

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə "Al Maluma" portalı məlumat yayıb.
Məlumata görə, İraqın Mosul kilsələrinin məsulu Raid Adil təşəkkürünü Haşdi Şabinin xristianları İŞİD terrorçularından qoruduğuna görə bildirdiyini açıqlayıb.
"Bu güclər İŞİD-in İraq işğalı zamanı dağıdılan kilsələrin yenidən inşa edilməsində böyük köməkləri oldu. İŞİD ilə mübarizə zamanı Haşdi Şabi komandirlərinin addımları və mövqelərini, xüsusilə xristian ailələrinə yardımlarını heç vaxt unudan deyilik.", -deyə Raid Adil bildirib.
O bu yardımları ölkə tarixində həkk olunduğunu da önə çəkib.
 
 İraqın Mosul kilsələrinin məsulu Raid Adil sözlərinə belə davam edib: "Haşdi Şabi güclərinə və ona bağlı qruplara qarşı hər cür hörmətsizliyə qarşıyıq. İraqda İŞİD tərəfindən qarət olunan bütün xristian ailələrin mal varlığını onlar geri qaytardı."

Xəbəri paylaş

VİDEOLAR