İraqlı Deputat: Hökümət Şəhid Komandirlərə qarşı sui-qəsdin günahkarlarını gizlədir

İraqlı Deputat: Hökümət Şəhid Komandirlərə qarşı sui-qəsdin günahkarlarını gizlədir

İraq Parlamentinin "Sadiqun" partiyasının millətvəkillərindən olan Əbdüldəmir Əl-Dubai bu barədə açıqlama verib

Rasthaber Azərbaycan xəbər verir ki, İraq Parlamentinin "Sadiqun" partiyasının millətvəkillərindən olan Əbdüldəmir Əl-Dubai  İraq hökümətinin şəhid komandirlər General Süleymani və Əbu Mehdi Mühəndisə qarşı sui-qəsdlə bağlı xüsusi araşdırmanın nəticələrini gizlətdiyini iddia edib.
O bildirib ki, İraq höküməti sui-qəsddə əli olanların kimliyinin açıqlanması İraq hökümətinin xeyrinə deyil.
Əl-Dubai "Al Maluma" portalına bu haqda "Bu şəhid komandirlərə qarşı sui-qəsdin təfərrüatları, detalları və Haşdi Şabi qərargahının hədəf alınması ilə əlaqəli araşdırmanın nəticələri hələ qeyri-məlumdur. Hökümət, şəhid komandirlərə qarşı sui-qəsdlə bağlı araşdırmanın nəticələrinin açıqlanmasını ertələməkdə davam edir.", -deyə bildirib.

Xəbəri paylaş

VİDEOLAR