İraqın yeni hökuməti parlamentdə etimad səsverməsi aldı

İraqın yeni hökuməti parlamentdə etimad səsverməsi aldı

İraqın yeni hökuməti parlamentdə etimad səsverməsi alıb.

Az.rasthaber.com TRT-yə istinadən xəbər verir ki, İraq parlamenti Məhəmməd əl-Sudaninin təqdim etdiyi ölkənin yeni hökumətinə səs verib.

Məhəmməd əs-Sudani tərəfindən formalaşdırılan nazirlər kabinetindəki 23 nazirdən 21-i etimad səsverməsi alsa da, kürd partiyaları arasında yaranan fikir ayrılığı səbəbindən yenidənqurma və yerləşdirmə naziri və ətraf mühit naziri üçün etimad səsverməsi verilə bilməyib.

Qeyd edək ki, yeni nazirlər and içərək vəzifələrinin icrasına başlayıblar.

Xəbəri paylaş

VİDEOLAR