İraqın Kətaib Hizbullah Hərəkatı yeni hökumətə qoşulmaqdan imtina edib

İraqın Kətaib Hizbullah Hərəkatı yeni hökumətə qoşulmaqdan imtina edib

İraqın Kətaib-i Hizbullah Hərəkatının təhlükəsizlik zabiti bəyanat yayaraq, İraqın yeni hökumətində heç bir təhlükəsizlik və mülki vəzifəyə malik olmadığını bəyan edib.

Az.rasthaber.com xəbər verir ki, Kətaib Hizbullah Hərəkatının təhlükəsizlik rəhbəri Əbu Əli əl-Əskəri cümə axşamı günü bu barədə açıqlama verib.

Keçmiş baş nazir Mustafa Əl-Kazemi və komandası Həşdi Şaabi sədr müavini Əbu Mehdi əl-Mühəndis və İran İslam Respublikası Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymanini öldürən casuslardır və biz onları cinayət məsuliyyətinə cəlb etmək üçün səylərimizi davam etdirəcəyik. 

Bizim almalı olduğumuz hüquqlarımız var və bunlardan birincisi şəhid Əbu Mehdi Mühəndisin və onun dostlarının və qonağımız, böyük general Qasım Süleymaninin intiqamıdır.

İraqın yeni baş naziri Məhəmməd Şia əl-Sudaninin hökumətində olmayacaq, heç bir mülki və təhlükəsizlik vəzifəsi götürməyəcək və Nümayəndələr Palatasında olmayacağıq. Amma yeni hökumətin işinə nəzarət edəcək və hökumətin nailiyyətlərinə uyğun olaraq mövqeyimizi bildirəcəyik".

Xəbəri paylaş

VİDEOLAR