İraqın Bəsrə şəhərində qarşıdurma baş verib

İraqın Bəsrə şəhərində qarşıdurma baş verib

Bəsrə şəhərində silahlı toqquşmalar baş verib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik xidmətinin nümayəndəsi anonimliyinin qorunması şərti ilə məlumat verib. 

Onun sözlərinə görə, İraq təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında baş verən toqquşma zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bəsrədəki qarşıdurma prezident saraylarının olduğu əraziyə qədər böyüyüb. 

"Al Jazeera" telekanalının məlumatına görə, qarşıdurmada Sədr hərəkatının və Əsaib Əhli-Həq tərəfdarları iştirak edib.

Xəbəri paylaş

VİDEOLAR