İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Suriya Ərəb Respublikasının İraqdakı səfiri Satam Cadaan Əl-Dəndahı qəbul edib.
Az.rasthaber.com xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
İraq mediasının məlumatına görə, Əl-Dəndah Suriya Prezidenti Bəşər Əsədin salamlarını Baş nazir əs-Sudaniyə çatdırıb.
Əl-Dəndah həmçinin Suriyanın baş naziri Hüseyn Arnusun andiçmə mərasimi münasibətilə İraqın baş nazirinə göndərdiyi təbrik məktubunu təqdim edib.