İraqın Baş naziri Rusiya və Ukraynanı danışıqlara çağırıb

İraqın Baş naziri Rusiya və Ukraynanı danışıqlara çağırıb

İraqın baş naziri Mustafa Əl-Kazimi ölkəsinin Rusiya və Ukrayna arasında baş verən hadisələrdən narahatlığını ifadə edərək, mövcud böhranın həlli üçün dialoqa ehtiyac olduğunu bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Sumariya agentliyinə istinadla xəbər verir ki, İraqın baş naziri Mustafa Əl-Kazimi bunu Ukraynanın Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkili Aleksandr Porvjnikov ilə görüşdə deyib.

O, Rusiya və Ukrayna arasında baş verən hadisələrdən və orada humanitar vəziyyətin pisləşməsindən İraqın narahatlığını ifadə edib, eləcə də böhranı aradan qaldırmaq üçün yalnız dialoqa müraciət etməyin vacibliyini vurğulayıb.

Əl-Kazimi əlavə edib ki, İraq gərginliyi azaltmağa, hərbi əməliyyatları dayandırmağa, sakitlik və təmkinliliyə qorumağa çalışmaq, beynəlxalq hüquq prinsiplərinə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə riayət etməyə çağırır və ölkələrin suverenliyinə hörmətə çalışan bütün səyləri dəstəkləyir.

Xəbəri paylaş

VİDEOLAR