İraqın baş naziri İran və Səudiyyə arasında aparılan danışıqları şərh edib

İraqın baş naziri İran və Səudiyyə arasında aparılan danışıqları şərh edib

“İran və Səudiyyə Ərəbistanı arasında Bağdadın təşkil etdiyi danışıqlar inkişaf mərhələsinə keçib”.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın baş naziri Mustafa Əl-Qədimi bildirib.

İraqın xarici əlaqələri və bu ölkənin regional roluna toxunan İraqın baş naziri qeyd edib ki, Bağdad İran və Səudiyyə Ərəbistanı arasında danışıqlar aparmaqla region ölkələrinin fikirlərinin yaxınlaşmasında mühüm rol oynayıb.

Bir müddət öncə İraqın xarici işlər naziri Fuad Hüseyn İran və Səudiyyə Ərəbistanı arasında danışıqların yeni mərhələsinin tezliklə İraq hökuməti tərəfindən təşkil ediləcəyinə ümid etdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR