İraqdan Türkiyəyə: Daxili işlərimizə qarışmayın

İraqdan Türkiyəyə: Daxili işlərimizə qarışmayın

İraqdakı “Hüquq Dövləti Koalisiyasının” rəhbəri və keçmiş baş nazirlərdən biri olan Nuri əl-Maliki Türkiyəyə İraqın daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, Nuri əl-Maliki bazar günü verdiyi açıqlamada, Türkiyənin İraq hökumətinin daxili işlərinə qarışmasının qəzəb doğurduğunu və onların İraqın daxili işlərinə hər hansı müdaxiləsinə qarşı olduğunu bildirib.
"Hər hansı qrupun İraqda hökumət qurmaq planını dəstəkləməkdə rol oynamayın, çünki bu, böhran yaradır", - o bildirib.
Əl-Maliki Türkiyənin bəzi İraq siyasi partiyaları ilə münasibətlərini “narahatedici” adlandırıb və Ankaraya İraq partiyalarını hədəfə alan və ya siyasi böhran yaradan hər hansı bir hərəkət barədə xəbərdarlıq edib.

Xəbəri paylaş

VİDEOLAR