İraqdan İranın əməliyyatına ilk reaksiya

İraqdan İranın əməliyyatına ilk reaksiya

İraq Xarici İşlər Nazirliyi İraq Kürdüstan Regional Rəhbərliyində (KRG) Mossad-la əlaqəli terror yuvalarından bəhs etmədən İran İnqilabı Keşikçiləri Korpusunun raket əməliyyatına reaksiya verib.

Az.rasthaber.org xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi bu səhər Ərbil şəhərində Mossad-a bağlı terror qruplaşmalarının qərargahına qarşı həyata keçirilən əməliyyatla bağlı yazılı açıqlama yayıb.

İraq Xarici İşlər Nazirliyi İraq Kürdüstan Regional Rəhbərliyində (KRH) Mossad-la əlaqəli terror ünsürlərinin mövcudluğuna toxunmadan İran İnqilab Keşikçiləri Korpusunun Ərbildəki terrorçuların qərargahına qarşı raket əməliyyatını pisləyib və buna qarşı qanuni tədbirlər görəcəyini açıqlayıb. 

İran bir neçə ay əvvəl İraq hökuməti və KRH-ni Qərb və Sionist casusluq xidmətlərinə bağlı terror qrupları və ünsürlərinin bu bölgələrdə fəaliyyətləri ilə bağlı xəbərdar etmiş və İranın ətrafında baş verən bu hadisələr qarşısında səssiz qala bilməyəcəyini dəfələrlə vurğulamışdı. 

Tehran tərəfi həmişə İraq hakimiyyətindən təhlükəli terrorçu ünsürlərin İraq ərazisində İranın maraqlarına qarşı fəaliyyət göstərməsinin qarşısını almağı xahiş edib, lakin bu xəbərdarlıqlara məhəl qoymamaq İranın sərhəd bölgələrində terrorçuların qərargahlarına qarşı birbaşa əməliyyat keçirməkdən başqa çarə qoymayıb.

Xəbəri paylaş

VİDEOLAR