İraqdan ABŞ-a etiraz notası

İraqdan ABŞ-a etiraz notası

İraq Xarici İşlər Nazirliyindən verilən açıqlamada ABŞ-ın Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkilinin nazirliyə çağırılaraq 16 nəfərin ölümünə səbəb olan ABŞ hücumları ilə bağlı etiraz notası verildiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, bəyanatda bildirilib:

“Şənbə günü, fevralın 3-də ABŞ-ın Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkili David Berker Xarici İşlər Nazirliyinə çağırılıb. Müvəqqəti işlər vəkilinə Amerikanın İraq təhlükəsizlik qüvvələrinə və İraq ərazisinin Akaşat və Əl-Qaim bölgələrində mülki hədəflərə hücumlarını pisləyən rəsmi etiraz notası verilib”.

Bəyanatda həmçinin vurğulanıb ki, İraq öz ərazisinin döyüşən tərəflər arasında çəkişmə meydanı kimi istifadəsinə icazə verməyəcək.

Xəbəri paylaş

VİDEOLAR