İraqdakı Kataib Hizbullahdan MÜHÜM AÇIQLAMA

İraqdakı Kataib Hizbullahdan MÜHÜM AÇIQLAMA

Kataib Hizbullah İraq və Suriyada ABŞ qüvvələrinə qarşı əməliyyatları dayandırdıqlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İraq mətbuatının verdiyi xəbərə görə, Kataib Hizbullahın (Hizbullah Briqadaları) baş katibi Əbu Hüseyn əl-Himeydavi yazılı açıqlama verib.

Bəyanatda o, Hizbullah Briqadalarının Qəzza zolağında fələstinlilərə dəstək vermək qərarına gəldiyini və heç bir tərəfin müdaxiləsi olmadan hücumlara keçdiyini bildirib və əlavə edib:

"Bizim dostlarımız, xüsusən də İran İslam Respublikası İraq və Suriyada ABŞ-ın işğalçı qüvvələrinə qarşı başlatdığımız təzyiqlərə qarşı çıxdılar".

İraqın baş naziri Məhəmməd Şiə Sudanini çətin vəziyyətdə qoymamaq üçün hərbi əməliyyatların dayandırılmasına qərar verildiyini açıqlayan əl-Himeydavi bildirib:

"Qəzzadakı xalqımızı digər hallarda müdafiə etməyə davam edəcəyimizi elan edərkən, Hizbullah Briqadalarının üzvlərini ABŞ-ın mümkün düşmən hərəkətlərinə qarşı passiv müdafiə etməyə çağırırıq".

Xəbəri paylaş

VİDEOLAR