İraqdakı hücumlarda 4 nəfər ölüb, 6 nəfər yaralanıb

İraqdakı hücumlarda 4 nəfər ölüb, 6 nəfər yaralanıb

İraqda baş verən müxtəlif hücum və partlayışlarda 4 nəfər ölüb, 6 nəfər yaralanıb

Rasthaber Azərbaycan xəbər verir ki, Bağdad Polisi tərəfindən verilən açıqlamaya görə, Bağdadın cənub şərqində Bətul bölgəsində bir yol polisi, Bağdadın şərqindəki Nəsr bölgəsində həyata keçirilən hücumda isə bir mülki vətəndaş həyatını itirib.

Paytaxtın şərindəki Sədr bölgəsində də motosiklet sürən naməlum şəxslər Təhsil Nazirliyində işləyən bir məmuru qətlə yetirib. Bağdadın cənubunda Latifa bölgəsində baş vermiş partlayış zamanı və Karada bölgəsində baş verən silahlı qarşıdurmada 3 nəfər yaralanıb.

Müdafiə Nazirliyindən verilən açıqlamada, Bağdadın şərqindəki Diyalə vilayətində baş vermiş silahlı hücum zamanı 1 nəfər mülki vətəndaşın öldüyü, təhlükəsizlik nöqtəsində İŞİD tərəfindən törədilən terrprda isə 3 polis yaralandığı qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR