İraqın Babil əyalətində içində əksəriyyəti iranlı zəvvarlar olan mikroavtobusla yanacaq maşını toqquşub.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Babil əyalətinin Yol polisi məlumat yayıb.
Bildirilib ki, xarici zəvvarların olduğu mikroavtobus yanacaq daşıyan maşınla toqquşub. Burada 11 nəfər ölüb və yeddi nəfər yaralanıb.
Bu arada İranın İlam əyalətindəki müvafiq qurumları İraqda avtoqəzada və yanğında ölən 10 zəvvarın cənazələrinin təhvil alındığı və aiddiyatı üzrə təhvil verildiyini bildiriblər.