Terakt İraqın şərqindəki Diyalə vilayətinin Bakubə şəhərində baş verib
Rasthaber İran mediasına istinadla xəbər verir ki, İraqın şərqindəki Diyalə vilayətinin Bakubə şəhərində yerləşən Əl-Əbbarə bölgəsində iki bomba partlayıb, nəticədə 3 qadın və bir polis həlak olub, dörd polis əməkdaşı da yaralanıb.
2017-ci ilin noyabr ayında İŞİD-in məğlub olmasına baxmayaraq, bu terror qruplaşmasının səssiz nüvələri hələ də vaxtaşırı İraqın bəzi bölgələrində terror əməliyyatları həyata keçirirlər.