İraqın rəsmi xəbər agentliyi İNA-nın məlumatına görə, Sədr Nəcəfdə müdafiəçi vəkilləri ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, görüşdə, istefa və siyasətdən çəkilmə qərarına toxunan Müqtəda Sədr, bu qərarlardan geri dönüş olmayacağını bəyan edib.
Sədr Blokunun Millət vəkili Heydər Hafaci də görüşlə bağlı sosial media hesabında paylaşım edərək, lideri Sədrin siyasətdən çəkilmə qərarından və deputatların istefasından geri dönüş olmayacağını və təkrar seçki keçirilsə belə, iştirak etməyəcəkləri barədə göstəriş verdiyini bildirib.