İraqda davam edən şiddətli qum qasırğası ilə əlaqədar üç beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.
Az.rasthaber.com Trend-ə istinadən xəbər verir ki, paytaxt Bağdadla yanaşı Nəcəf və Süleymaniyyə şəhərlərində aeroportlar bağlanıb.
Qeyd olunur ki, ölkə ərazisində indiyədək 2 min nəfər qasırğadan zərər çəkib. Bazar ertəsi İraqın yeddi əyalətində qeyri-iş günü elan edilib. Tədris müəssisələri bağlanıb.
İraq hökuməti qasırğa bölgəsində əhalini zərurət olmadan evi tərk etməməyə, açıq havada olarkən maska və respiratorlardan istifadə etməyi tövsiyə edib.