İraqın əl-Ənbar əyalətinin qərbində yerləşən Ravə adasında baş verən partlayış nəticəsində dörd hərbçi həyatını itirib.
Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bu barədə İraqın hərbi mənbələri məlumat veriblər.
Bildirilib ki, Ravə adasında Küveytli ovçu və balıqçıları müşayiət edən hərbçilərin avtomobili bir bomba vasitəsilə partlayıb (və ya partladılıb).
Partlayış nəticəsində yaralanmış şəxslər xəstəxanaya çatdırılıblar.
Bəzi mənbələr hadisəyə səbəb olan partlayıcının İŞİD-in bölgəni nəzarətdə saxladığı zamandan qaldığını bildirirlər.