İraqda növbəti dəfə ABŞ ordusunun logistik konvoyuna hücum edildi

İraqda növbəti dəfə ABŞ ordusunun logistik konvoyuna hücum edildi

İraqda növbəti dəfə ABŞ ordusunun logistik konvoyuna hücum edilib

Amerikan güclərinin İraqda "Haşdi Şabi"yi hədəfə almasından sonra növbəti dəfə ABŞ ordusunun logistik konvoyuna hücum edilib.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə "Saberin" media qrupu məlumat yayıb.

Məlumata görə, Babildə ABŞ ordusunun bir logistik konvoyu hücuma məruz qalıb.

Hücum zamanı ölən və yaralılar haqqında məlumat verilməyib.

"Qisas əməliyyatı"nı İraq müqavimət qruplarından olan "Əshabi Kəhf" öz üzərinə götürüb.

Qeyd edək ki, ABŞ Ordusunun İraq və Suriya sərhədinə hücumları zamanı "Haşdi Şabi"nin bir neçə üzvü şəhid olmuş, müqavimət qrupları hücuma qarşı "Qisas əməliyyat"ları keçirəcəklərini bildirmişdilər.

Xəbəri paylaş

VİDEOLAR