İraqın paytaxtı Bağdadda müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim nüsxəsinin yandırılması əleyhinə etiraz aksiyası keçirilib.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, aksiya “Əs-Sədr” hərəkatının nümayəndələri tərəfindən mərkəzi Təhrir meydanında təşkil edilib.
Qeyd edili bki, xarici dövlətlərin diplomatik nümayəndəliklərinin, o cümlədən də Danimarka səfirliyinin yerləşdiyi “Yaşıl zona”ya gedən yollar təhlükəsizlik qüvvələri tərəfindən qapadılıb.
Xatırladaq ki, İsveçin ardınca Danimarkada da Qurani-Kərimə qarşı islamofob “aksiya” keçirilib.