İraqda maşının partladılması nəticəsində polkovnik rütbəli zabit ölüb

İraqda maşının partladılması nəticəsində polkovnik rütbəli zabit ölüb

İraqın şimalında Kürdüstan Regional Hökumətinin inzibati mərkəzi Ərbildə bir maşın quraşdırılmış bomba ilə partladılıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, partlayış nəticəsində Kürdüstan Regional Hökumətinin “Terrorla Mübarizə İdarəsi”nin yüksək rütbəli zabitlərindən biri ölüb.

Məlumata görə partlayışda ölən polkovnik rütbəli zabitin adı Havkar Abdullahdır.

Bu hücumda daha dörd nəfərin yaralandığı deyilir.

Hücumu hələ heç bir qrup üzərinə götürməyib.

Qeyd edək ki, Ərbil şəhərinin mərkəzində ötən gün silahlı toqquşmada bir neçə nəfər yaralanmışdı. 

Xəbəri paylaş

VİDEOLAR