İraqda İŞİD liderləri məhv edildi

İraqda İŞİD liderləri məhv edildi

İraq Ordusu və Haşdi Şabi gücləri bu gün Diyalənin şərqində İŞİD-n qalığlarının təmizlənməsi istiqamətində əməliyyata start verib.

Rasthaber Azərbaycan xəbər verir ki, Haşdi Şabi komandirlərindən olan Əli əl-Hüseyni İŞİD terror qruplaşmasının İraqın 3 vilayətindəki liderlərinin zərərsizləşdirildiyini bildirib.
Hüseyni bu gün verdiyi açıqlamada, İŞİD terror qruplşamasının Diyalə, Səlahəddin və Kərkük vulayətlərindəki liderlərinin məhv edildiyini önə çəkərək, Haşdi Şabinin iştirakı ilə keçirilən əməliyyat zamanı, havadan endirilən zərbələrlə İŞİD liderlərinin zərərsizləşdirildiyini bildirib.
Son 18 ayda İraqda İŞİD-in 20-dən çox liderinin məhv edildiyini qeyd edən, Haşdi Şabi komandiri, İŞİD-in yeraltı şəbəkələrinin üzvləri, maliyyə mənbələri və silah dəstəkçilərinin böyük qisminin təsbit edildiyini vurğulayıb.
 
Bu arada İraq Ordusu və Haşdi Şabi gücləri bu gün Diyalənin şərqində İŞİD-n qalığlarının təmizlənməsi istiqamətində əməliyyata start verib.
 

Xəbəri paylaş

VİDEOLAR