İraqın şimalında yerləşən Nineva əyalətində İŞİD üzvlərinin olduğu mağaraya zərbələr endirilib. Azı səkkiz terrorçu ölüb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilibki, Nineva əyalətinin qərbində yerləşən mağaraya endirilən hava hücumunda "İŞİD" terror təşkilatının 8 üzvü öldürülüb.
Açıqlamada deyilir: "Hərbi Hava Qüvvələrinə aid F-16 təyyarələri ilə həyata keçirilən iki hava hücumundan sonra Qərbi Nineva Əməliyyat Komandanlığı qüvvələri hədəfə alınan yerdə axtarışa çıxıb. Adaiya dağ silsiləsində tamamilə dağıdılan mağarada “İŞİD” terror təşkilatının 8 dəstə üzvü olduğu bildirilib.”
Bildirək ki, İraq 2017-ci il dekabrın 9-da “İŞİD” terror təşkilatını ölkədən təmizlədiyini və Suriya ilə sərhəd zolağı da daxil olmaqla bütün İraq torpaqlarına tam nəzarəti öz üzərinə götürdüyünü elan edib. Bundan sonra təşkilat gizli sığınacaqlarına geri çəkilib.