İraqda İŞİD-in "Bağdadın pələngi" ləqəbli komandiri həbs olunub

İraqda İŞİD-in

İraqın Kəşfiyyat Təşkilatı, İŞİD terror qruplaşmasının bomba quraşdırmaqda məsuliyyət daşıyan pələng ləqəbli üzvünü Bağdadın qərbində həbs edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, İraqın Kəşfiyyat Təşkilatı bir bəyanatda bildirib ki, bu təşkilat qəfil bir əməliyyatda Bağdadın qərbində yerləşən Əbu-Qüreyb bölgəsində "Bağdadın pələngi" ləqəbi ilə tanınan "Pələng Süveyd"i həbs ediblər.

Bu İŞİD terrorçusu, İŞİD-in "cənub əyaləti" adlandırdıqları bölgədə, bomba quraşdırmaqda məsuliyyət daşıyırdı.

Həmçinin, bu yaxınlarda İraqın təhlükəsizlik qüvvələri İŞİD-in liderlərindən olan Əbu Yasir Əl-İsavini məhv ediblər.

Əl-İsavi özünü İŞİD liderinin xələfi və "İraq valisi" kimi təqdim edirdi.

Xəbəri paylaş

VİDEOLAR