İraqda İŞİD-in altı təhlükəli üzvü ələ keçib

İraqda İŞİD-in altı təhlükəli üzvü ələ keçib

İraqın Süleymaniyyə əyalətində İŞİD terror təşkilatına üzv olan altı terrorçu ələ keçirilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin sözcüsü Yəhya Rəsul tvitter səhifəsində paylaşım edib.

Bildirilib ki, ölkə kəşfiyyatının, Bağdad, Diyala və Səlahəddin əyalətlərinin Təhlükəsizlik İdarələrinin, habelə Kürdüstan Regional Hökumətində “Asayiş” təhlükəsizlik qüvvələrinin əməkdaşlığı ilə həyata keçirilən əməliyyat nəticəsində 2014-2017 -ci illərdə çoxsaylı terror aktları həyata keçirmiş altı terrorçu ələ keçirilib.

Onlar Nineva, Bağdad və sair əyalətlərdə ordu və təhlükəsizlik qüvvələrini hücumlar həyata keçiriblər. Onların həmçinin ordunun bir helikopterinin partladılmasında və digər oxşar partlayışlarda da əli olub.

Qeyd edək ki, İraqda terrorla mübarizə qanununa əsasən həbs edilənlər adətən edam edilirlər.

Xəbəri paylaş

VİDEOLAR