İraqda İŞİD-in 38 terrorçusu ələ keçirilib

İraqda İŞİD-in 38 terrorçusu ələ keçirilib

İraqın təhlükəsizlik qüvvələrinin Kərkük əyalətinin cənubunda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatı zamanı 40-a yaxın silahlı saxlanılıb.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Kərkükün əməliyyatlar üzrə komandanı Əli Freci “Anadolu” agentliyinə bildirib.

O, əməliyyat zamanı 38 terrorçunun saxlanıldığını, çoxlu sayda silah-sursatın ələ keçirildiyini qeyd edib.

Əməliyyat zamanı həmçinin terror təşkilatına aid 8 bunker məhv edilib, 17 bomba və çoxlu silah-sursat müsadirə olunub.

Qeyd edək ki, İŞİD 2014-cü ilin iyununda İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərini, Diyalə və Kərkük vilayətlərinin bir qismini ələ keçirib və bu bölgələr illər ərzində terrorçulardan geri alınıb.

Xəbəri paylaş

VİDEOLAR