İraqda hərbi helikopter qəzaya uğrayıb, xəsarət alanlar var

İraqda hərbi helikopter qəzaya uğrayıb, xəsarət alanlar var

İraqda təlim uçuşu həyata keçirən hərbi helikopter qəzaya uğrayıb, iki nəfər xəsarət alıb.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

İraqın Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə məxsus hərbi helikopterin Əl-Kut hərbi aviasiya bazasında qəzaya uğradığını qeyd edib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xəbəri paylaş

VİDEOLAR