İraqda Hərbi Hava Qüvvələrinin helikopteri qəzaya uğrayıb

İraqda Hərbi Hava Qüvvələrinin helikopteri qəzaya uğrayıb

İraqın Samirra şəhərində Hərbi Hava Qüvvələrinin helikopteri qəzaya uğrayıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqın Müdafiə Nazirliyi bəyanat verib.

Bildirilib ki, Samirra şəhərində yerləşən əl-Calisiyyə qərargahında Ordunun Hərbi Hava Qüvvələrinə məxsus bir helikopteri yerə çırpılıb.

Qəzaya səbəb texniki nasazlıq göstərilir.

Yaralanan iki pilot xəstəxanaya çatdırılıb.

Xəbəri paylaş

VİDEOLAR