İraqda hökumətin formalaşdırılması istiqamətində danışıqlar yenidən əngəllərlə üzləşib

İraqda hökumətin formalaşdırılması istiqamətində danışıqlar yenidən əngəllərlə üzləşib

Müqtəda Sədrin rəhbərilik etdiyi fraksiyanın danışıqları dayandırmasından sonra siyasi partiyaların hökumətin formalaşdırılması istiqamətində dialoqu əngəllərlə üzləşib.

Az.rasthaber.com "SalamNews" istinadən xəbər verir ki, İraqda Müqtəda Sədrin partiyası hökumətin formalaşdırılması istiqamətində danışıqları tərk edib.

Məlumata görə, bu siyasi cinah prezidentin müəyyənləşdirilməsi üçün parlamentdə keçiriləcək iclası da boykot edib.

Ötən ay yerli mənbələr bildiriblər ki, ölkədə parlament seçkilərində qalib gəlmiş Müqtəda Sədrin partiyasının koalisiya hökuməti formalaşdırmaq istiqamətində apardığı danışıqlar müsbət nəticə verib.

Bundan öncə Mütəda Sədrin rəhbərilik etdiyi “Kutlətus-Sədr” faraksiyasının digər sünni, kürd və şiə partiyaları ilə apardığı danışıqlardan sonra 180 deputatın razılıq verdiyi hökumətin formalaşdırılması məsələsində ortaq məxrəcə gəldikləri açıqlanmışdı.

Xəbəri paylaş

VİDEOLAR