İraqda höküməti formalaşdırmaq Mustafa əl-Kazimiyə tapşırıldı

İraqda höküməti formalaşdırmaq Mustafa əl-Kazimiyə tapşırıldı

Tofiq Əllavidən sonra, Ədnan əz-Zurufi də parlamentin müsbət rəyini əldə edə bilməyib. Hökuməti formalaşdıracaq yeni siyasətçinin adı açıqlanıb.

Rasthaber Azərbaycan SalamNews-a istinadən xəbər verir ki, hökuməti formalaşdıracaq yeni siyasətçinin adı açıqlanıb.

Sumariya agentliyinin məlumatına görə, ötən ay hökuməti formalaşdırmaq üçün tapşırıq alan Ədnan əz-Zurufi parlamentin mənfi rəyindən sonra bu işdən imtina edib.

İraq Parlamentinin öncül siyasi cinahlarının son həftədəki təzyiqlərindən sonra prezident Bərhəm Saleh ölkənin Kəşfiyyat İdarəsinin sədri Mustafa əl-Kazimiyə hökuməti formalaşdırmaq üçün tapşırıq verib.

Qeyd edək ki, prezident Bərhəm Saleh ötən ay parlamentə məhəl qoymadan ABŞ-a yaxın siyasətçi Nəcəfin sabiq qubernatoru Ədnan əz-Zurufiyə hökuməti formalaşdırmaq göstərişini vermişdi.

Xəbəri paylaş

VİDEOLAR