Ərbil və Bağdad arasında 2019-da imzalanan büdcə-neft anlaşması ləğv edilə bilər
Rasthaber Azərbaycan xəbər verir ki, İraq Kürdüstanının baş nazir köməkçisi Kubat Talabani İraq mərkəzi höküməti və İraq Kürdüstanı arasında büdcə və neft problemlərinin həlli üçün yaradılan Kürd heyət ilə Ərbildəki nazirlər kabinetinin binasında bir araya gəlib.
Hökümətin internet saytında yer alan açıqlamada Talabaninin heyətlə həyata keçirdiyi görüşdə neft qiymətlərinin ucuzlaşmasından sonra İraqın malliyyə durumu müzakirə edildiyi bildirilib.
Açıqlamada heyətdəki rəsmilər, İraqın neft satışından əldə etdiyi gəlirdə ciddi bir eniş yaşandığını, gəlir və xərclərdə məhdudiyyət olduğunu, buna görə, Ərbil və Bağdad arasında 2019-da imzalanan büdcə-neft anlaşmasının ləğv edilməsi üçün ciddi siyasi təzyiq edildiyi önə çəkilib.