İraqın Zaho şəhərində 9 nəfərin ölümü, 30-dan çox insanın yaralanması ilə nəticələnən hücumdan sonra İraqda bir günlük milli matəm elan edilib.
Az.rasthaber.com "Mehr"ə istinadən xəbər verir ki, İraqın Zaho şəhərində 9 nəfərin ölümü, 30-dan çox insanın yaralanması ilə nəticələnən hücumdan sonra İraqda bir günlük milli matəm elan edilib.
Nazirlər Şurası Baş nazir Mustafa Kazıminin göstərişi ilə 21 iyul 2022-ci il tarixində ölkə daxilində bir günlük matəm elan edildiyini açıqlayıb.
Elan edilən matəm çərçivəsində Xarici İşlər Nazirliyində və xaricdəki bütün diplomatik nümayəndəliklərdə də başsağlığı qəbul ediləcəyi bildirilib.