İraqın Nineva əyalətinin Maxmur qəzasında həyata keçirilən əməliyyat nəticəsində İŞİD-in 25 üzvü məhv edilib.
Rasthaber Azərbaycan SalamNews-a istinadla xəbər verir ki, bu barədə İraqın Terrorla Mübarizə İdarəsi bəyanat verib.
Bildirilib ki, Nineva əyalətinin Maxmur qəzasının ucqar bölgələrindən olan Qara-Cuğ bölgəsində hərbi əməliyyat həyata keçirilib. Əməliyyat bir sutka davam edib.
ABŞ koalisiyasının dəstək verdiyi bu əməliyyat çərçivəsində İŞİD üzvlərinin istifadə etdiyi 9 tunel dağıdılıb. Burada 25 terrorçunun zərərsizləşdirildiyi deyilib.
Qeyd edək ki, İŞİD terror təşkilatı 2018-ci ilin əvvəlində İraqda nəzarətdə saxladığı son bölgələri də itirib. Lakin terror təşkilatı ara sıra ucaq bölgələrdəki sığınacaqlardan çıxaraq, hücumlar həyata keçirir.