İraqda ABŞ əsgərlərinin yerləşdiyi bazaya pilotsuz təyyarə hücumu edilib

İraqda ABŞ əsgərlərinin yerləşdiyi bazaya pilotsuz təyyarə hücumu edilib

Bildirilib ki, İraqın qərbində ABŞ əsgərlərinin yerləşdiyi Eyn əl-Əsəd Hərbi Bazasına hücum edilib.

Az.rasthaber.orgxəbər verir ki, Livanda yerləşən Al Mayadeen televiziyası, "İraq İslami Müqaviməti" adlı qrupun ölkənin qərbindəki ABŞ-ın Ayn əl-Əsəd bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyini açıqlayıb.

Ayn əl-Əsəd hərbi hava bazası İraqın Ənbar vilayətində yerləşir.

Sionist İsrailin oktyabrın 7-də Qəzzaya hücumlarından sonra ABŞ-ın İraq və Suriyadakı bazalarına hücumları artıb.

ABŞ-ın İraqdakı hərbi varlığı başa çatıb

Vaşinqton və Bağdad İraqda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın gələcəyi ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər. İşçi qrupların apardığı müzakirələrin sonunda ABŞ-ın bölgədəki hərbi mövcudluğunun hansı formada olacağı müəyyənləşəcək.

ABŞ-ın İraqda 2500 əsgəri var.

ABŞ və İraq arasında danışıqların bir neçə ay davam edəcəyi gözlənilir. İki tərəf arasında danışıqlara başlamaq qərarı İraq hökumətinin ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı çağırışlarından sonra qəbul edilib.

Xəbəri paylaş

VİDEOLAR