ABŞ Ordusu hər gün müxtəlif hücumlara məruz qalır
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ Ordusuna qarşı silsilə hücumlar davam etməkdədir.
Məlumata görə, ABŞ səfirliyində olan hərbi baza PUA və raketlərlə hücuma məruz qalıb.
Ölən və yaralananlar haqqında məlumat verilməyib.
Qeyd edək ki, ötən gün ABŞ-ın əl-Ənbar əyalətində yerləşən “Eyn əl-Əsəd” hərbi bazası raket atəşinə tutulmuş, 3 nəfər yaralanmışdı. Bəzi mənbələr bu bazaya 14 raket atıldığını bildirmişdi.
Onu da qeyd edək ki, İraq Müqaviməti ABŞ ordusunun İraqdan çıxarılması üçün xəbərdarlqı etmişdi.
Bu tələblər fonunda ABŞ Ordusu İraq Suriya sərhədini hədəfə almış, nəticədə Haşdi Şabi üzvləri qətlə yetirilmişdilər.