İraqın Divaniyyə vilayətində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə logistik dəstək daşıyan karvana hücum edilib.
Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, koalisiya qüvvələri hələlik insidentlə bağlı açıqlama verməyib.
Qeyd edək ki, son günlərdə Ənbar və Zikar əyalətlərində ABŞ-ın logistika dəstək karvanı yol kənarına yerləşdirilən bombalarla hədəfə alınmışdı.
Hücuma görə məsuliyyəti hələlik heç kəsin üzərinə götürmədiyi bildirilir.