ABŞ ordusunun İraqdakı logistika karvanının yola yerləşdirilən bombanın partlaması nəticəsində hədəfə alındığı bildirilib.
Az.rasthaber.com xəbər verir ki, İraq mediasının məlumatına görə, Babil əyalətində ABŞ ordusunun logistika və hərbi dəstəyini daşıyan konvoyun keçdiyi yolun kənarına qoyulan bomba partlayıb.
Dünən baş verən hadisənin təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, 5 yanvar 2020-ci ildə İraq parlamenti səs çoxluğu ilə ölkədə xarici hərbi mövcudluğun dayandırılması barədə qərar qəbul edib.
İraqın əksər siyasi qrupları ölkədəki Amerika qoşunlarını işğalçı qüvvə kimi görür və bu qoşunların dərhal öz ərazilərindən çıxarılmasını vurğulayır.