İraqın BMT-dəki nümayəndəsi BMT Təhlükəsizlik Şurasında Türkiyənin İraq ərazisindən çıxarılmasını tələb edib.
Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İraqdakı vəziyyəti müzakirə etmək üçün dünən ABŞ-ın Nyu-York şəhərində toplaşıb.
İraqın BMT-dəki nümayəndəsi Muhəmməd Hüseyin Bahrlum Türkiyə ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edərək, onun İraq torpaqlarından tez bir zamanda çəkilməsini tələb edib:
"PKK təhdidi artıq Türkiyə dövlətinin İraq torpaqlarında qalması üçün bəhanə ola bilməz".