İraq Türkiyədən BMT Təhlükəsizlik Şurasına şikayət edib

İraq Türkiyədən BMT Təhlükəsizlik Şurasına şikayət edib

İraqın Baş naziri və Silahlı Qüvvələrin Baş Komandanı Mustafa Əl-Kazeminin sədrliyi ilə dünən axşam təcili olaraq toplanan İraq Milli Təhlükəsizlik Şurası yazılı açıqlama ilə alınan qərarları açıqlayıb.

Az.rasthaber.com "Mehr"ə istinadən xəbər verir ki, açıqlamada bildirilib:

"Duhok vilayətində bir turizm bölgəsinə Türkiyə tərəfindən təşkil edilən və bir çox insanın ölümünə və yaralanmasına səbəb olan hücumu şiddətlə qınayırıq. Biz Türkiyədən qanun pozuntularına son qoymasını və İraqın qonşusu kimi suverenliyinə və vətəndaşlarının rahatlığına hörmət etməsini tələb edirik".

Açıqlamada Türkiyənin rəsmi üzr istəməsi və bütün hərbi bazalarını İraq ərazisindən çıxarması lazım olduğu vurğulanıb.

İraq Xarici İşlər Nazirliyinin Türkiyənin hücumları ilə bağlı hesabat yaradaraq, BMT və BMT Təhlükəsizlik Şurasına şikayət edəcəyi bildirilib. Həmçinin, İraq Xarici İşlər Nazirliyinin Türkiyənin Bağdaddakı səfirinə zəng edərək nota verəcəyi də qeyd edilib.

Qanun pozuntularının qarşısının alınması üçün Kürdüstan Bölgəsi Hökuməti ilə əməkdaşlıq ediləcəyi, Birgə Əməliyyat Komandanlığının İraq-Türkiyə sərhədinin vəziyyəti və alınacaq tədbirlərlə bağlı hesabat hazırlayacağı vurğulanıb.

İraqın Milli Təhlükəsizlik Şurası “silahlı qrupların İraq ərazisindən hər hansı bir ölkəyə hücumunu rədd etdiyini” bildirib.

Xəbəri paylaş

VİDEOLAR