İraqın Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi bildirib ki, ölkəsi 18 ay ərzində xaricə qaçaqmalçılıq yolu ilə aparılan 17 mindən çox qədim əşyanı geri qaytara bilib. Nazirlik qalan ekspanatların geri qaytarılmasına mane olan bir sıra Qərb dövlətlərindən İnterpola şikayət edib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyinin sözçüsü Əhməd Əl-Ələvi deyib.
O verdiyi açıqlamada deyib ki, "bu rəqəm əşyaların qaytarılması əməliyyatında və nazirliyin tarixində ən böyük rəqəmdir"
Əl-Ələvi, qeyd edib ki, hökumət tarixi ekspanatların geri qaytarılmasına maneəçilik törədən dövlətlərdən İnterpola şikayət edib.
İraq hökumətinin rəsmisi əlavə edib ki, qeyri-qanuni yollarla aparılan qazıntılardan əldə edilmiş ekspanatların ölkədən çıxarılması nazirliyin üzləşdiyi əsas problemdir.