İraq-Suriya sərhədi yaxınlığında partlayış səsi eşidilib.
Az.rasthaber.com xəbər verir ki, Əl-Qaim yaxınlığında ən azı 4 partlayışın olduğu, bir təyyarə və bir vertolyotun İraqla Suriya arasındakı sərhəd məntəqəsində uçduğu bildirilib.
PUA-ların müqavimət qruplarının bəzi mövqelərini hədəf alındığı bildirilsə də, rəsmi mənbələr bu xəbərləri hələlik təsdiqləməyib.
"Sabirin News" bu hücumların ABŞ tərəfindən həyata keçirildiyini bildirib.