İraq səmasında ABŞ döyüş təyyarələrinin sayı artıb

İraq səmasında ABŞ döyüş təyyarələrinin sayı artıb

İraq millət vəkili Fazil Cabir əl-Fətlavi deyib

Rasthaber eastnews-a istinadlı verdiyi xəbərə görə, İraq millət vəkili Fazil Cabir əl-Fətlavi ABŞ ilə bağlı açıqlama verib.  

O, açıqlamasında bildirib ki, ABŞ hərbi hava qüvvələrinin İraq səmalarında reallaşdırdığı uçuşların sayı artıb.  

"Hansısa hərbi tələb olmadan İraq səmasında ABŞ döyüş təyyarələrinin sayı artıb. Onlar bunu edərkən heç yüksək vəzifəli İraq komandirlərindən də icazə almırlar", - deyə Fazil Cabir əl-Fətlavi diqqətə çatdırıb.  

Deputat qeyd edib ki, İraq ordusu və hökuməti fakt qarşısında mövqeyini nümayiş etdirməlidir.

Xəbəri paylaş

VİDEOLAR