İraq Silahlı Qüvvələrinin tərkib hissəsi olan “Haşd-Şabi” (Xalq Səfərbər Qüvvələri) qüvvələri Ərbəin mərasimini hədəfə almaq və təxribat törətməyi planlaşdıran qrupu zamanında zərərsizləşdirdiyini açıqlayıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Haşd-Şabi” qüvvələri bəyanat veriblər.
Bildirilib ki, ölkə ərazisində fəaliyyəti qadağan edilmiş sabiq Səddam rejiminin “BƏƏS” partiyasına bağlı qrup zərərsizləşdirilib.
Onlar Kərbəla, Divaniyyə, Müsənna və Babil əyalətlərində Ərbəin zəvvarlarına qarşı hücum və təxribat planlayıblar.
Qeyd edək ki, Ərbəin mərasiminə bu il azı 10 milyon insanın qatılacağı təxmin edilir. Səfər ayının ortalarından insanlar Nəcəfdən Kərbəlaya olan 80 km-lik yolu piyada qət edir və İmam Hüseynin qırxında (20 səfər) özlərini Kərbəlaya çatdırırlar.