İraq PKK üçün "qadağan olunmuş təşkilat" ifadəsini işlədəcək

İraq PKK üçün

İraq PKK-ya qarşı daha bir addım atdı. Artıq rəsmi yazışmalarda PKK üçün “qadağan olunmuş təşkilat” ifadəsi işlədiləcək.

Az.rasthaber.com xəbər verir ki, İraq hökuməti bundan sonra rəsmi yazışmalarda PKK üçün “qadağan olunmuş təşkilat” ifadəsini işlədəcək.

İraq mart ayında PKK-nı “qadağan olunmuş təşkilat” elan edərək daha bir addım atdı. İraq mediası hökumətin PKK ilə bağlı parlamentə rəsmi məktub göndərdiyini açıqlayıb.

Məqalədə baş nazir Məhəmməd Şia əl-Sudaninin PKK ilə bağlı yeni göstərişləri yer alıb.

Dövlət qurumları ilə yazışmalarda PKK-nın 'Qadağan edilmiş təşkilat' olaraq təyin olunması istənilib.

İraq Türkmən Cəbhəsi İraq hökumətinin PKK-nı "qadağan olunmuş təşkilat" adlandırmaq qərarını alqışlayıb.

Xəbəri paylaş

VİDEOLAR